EN

Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

Chosen
9
47
yenigundem.az

10Sources