EN

Olmayan trilyonlar: ABŞ Ukraynadan görün nə tələb edir - Şok faktlar üzə çıxdı

Mineral ehtiyatlar üzrə saziş layihəsində ABŞ Ukraynadan mühüm infrastrukturu onlara təhvil verməyi tələb edib.

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleksey Qonçarenko özünün "Telegram" kanalında deyib.

“Amma məlum olanda ki, nadir torpaq metalları və faydalı qazıntılarımız böyük miqdarda yoxdur, onlar bizdən faktiki olanı tələb etdilər”, - deyə deputat yazıb.

O əlavə edib ki, söhbət qaz nəqli sistemindən və atom elektrik stansiyalarından gedir.

Deputatın sözlərinə görə, bundan sonra Vladimir Zelenski şərtlər qoymağa başlayıb ki, bu da Kiyev və Vaşinqton arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə və ictimaiyyətin qarşılıqlı qınaqlarına səbəb olub.

Qonçarenko vurğulayıb ki, Zelenski özü bu ideyanı Trampa “satmaq” qərarına gələnə qədər ABŞ-da nadir torpaq metalları haqqında ümumiyyətlə heç bir söhbət olmayıb.

"Bizdə olmayan trilyonlardan danışmağa ehtiyac yox idi. Bu, yalandır", - ukraynalı deputat deyib.

Chosen
21
2
publika.az

3Sources