EN

Bolqarıstan parlamenti Ukraynaya qoşun göndərməyi qadağan edib

Bolqarıstan parlamenti NATO və digər beynəlxalq təşkilatlar daxilindəki missiyalar istisna olmaqla, öz ordusunun Ukraynaya göndərilməsini qadağan edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Novinite nəşri məlumat yayıb.

"Bolqarıstan parlamenti Bolqarıstan hərbi qüvvələrinin ölkənin NATO, Aİ , BMT və ATƏT çərçivəsində müttəfiq öhdəliklərindən kənar Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməməsini təsdiqləyən bəyannamə qəbul edib",
- deyə bəyanatda qeyd olunub.

Bolqarıstan parlamenti tərəfindən qəbul edilmiş bəyannamə münaqişənin diplomatik yolla həllinə çağırır və Bolqarıstanın gərginliyin azaldılması təşəbbüslərini və sülh danışıqlarını dəstəkləməyə sadiqliyini vurğulayır.

Aylin
XəzərNews.az

Xəbər 1 dəfə oxunub.
Chosen
16
2
xezernews.az

7Sources