Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edub. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
Beləliklə, millimiz yarışa 1 xal qazanmaqla başlayıb.