EN

Putin Rusiyanı bu ərazinin mütləq lideri adlandırıb

Bu gün Rusiya Arktikada mütləq liderdir. 

Demokrat.az
 xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumu zamanı bildirib.

Putin həmçinin qeyd edib ki, bir çox ölkələr Rusiya Federasiyası ilə nüvə buzqıran donanmasının istehsalında əməkdaşlıq etmək istəyir.

 “The Wall Street Journal” yazır ki, Rusiya Arktika uğrunda döyüşdə ABŞ-ı məğlub edir və bu, Amerikanın təhlükəsizliyinə birbaşa təsir göstərir.

Məqalədə regionun iqlim aspektinə diqqət çəkilib. Qeyd olunur ki, Arktika başqa yerlərdən daha sürətli istiləşir. Şimal Buzlu Okeanın dəniz buzları əridikcə əvvəllər görünməmiş gəmiçilik imkanları açılır.

Əfsanə Kamal
Demokrat.az

Chosen
28
demokrat.az

1Sources