EN

Yeni "Volvo" avtomobillərində saxta hissələr aşkarlanıb

Çində yeni "Volvo" avtomobillərində saxta hissələr aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Carscoops məlumat yayıb.

Problemi ilk dəfə "Volvo S60" sedanı alarkən premium Bowers & Wilkins audio sistemini hədiyyə almış motorist aşkar edib. Dinamiklərin üzərindəki markanın səhv yazıldığı müşahidə edilib. Wilkins-də W əvəzinə, iki tək V çap edilib.

Diler ingilis dilini bilmədiyini əsas gətirərək dinamikləri orijinalları ilə əvəz etməkdən imtina edib. Digər "Volvo" sahibləri də avtomobillərində adları səhv yazılmış dinamiklər tapıblar. Vəziyyət ictimailəşdikdən sonra Volvo-nun Çin ofisi Weibo-da üzrxahlıq edib və araşdırmaya başladığını bildirib.

Əfsanə Kamal
Demokrat.az

Chosen
8
demokrat.az

1Sources