Bu gün böyüklərlə yanaşı, uşaqların əlindən telefon düşmür.
Maraqlıdır, uşaqlara telefon neçə yaşda verilməlidir?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşağa telefon gec yaşda verilməlidir:
“İlk telefon üçün ən yaxşı vaxt 5-7 yaşdır.Telefonda oyun oynamaqdan və ya cizgi filmindən həzz almağa öyrəşmiş uşaq çətin ki, asudə vaxt kimi kitab və ya həmyaşıdları ilə gəzinti seçsin. Bu səbəbdən də uşaqlara telefon gec verilməlidir. Ancaq bu gün yeni yeriməyə, addımlamağa başlayan uşağa telefon verilir. Telefon uşaqlara oyuncaq əvəzi verilir. Valideyn rahat işini görsün, seriala baxsın deyə uşağın əlinə telefon verir. Uşaqda ona öyrəşəndən sonra onda aqresiya yaranır. İllər sonra valideynlər bunun peşmançılığını çəkəcək”.
Sevinc