EN

Məhkəmələrdə süni intellektdən istifadə oluna bilər

Bir çox ölkələrdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur.

Demokratikmusavat.comxəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda iştirakçıların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, gələcəkdə məhkəmədə bundan istifadə olunması istisna deyil:

"Yəqin ona hansısa sual veriləcək. Amma cavabı sadəcə rəy şəklində ola bilər. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Amma bütün qərarların arxasında canlı insan dayanır. Burada hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynayır. Bu məsuliyyətin arxasında insan dayanır. “Sofiya” xanım bunu bacara bilməz”.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə Azərbaycanda süni intellektin inkişaf konsepsiyasının təsdiqlənməsinin gözlənildiyini bildirib.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə vurğulayıb ki, süni intellekt və kibercinəyatkarlıq suverenliyə təhlükə törədən amillərdəndir:

"Süni intellektlə bağlı qanun layihəsinin hazırlanması da planlaşdırılır. Bu baxımdan İKT sahəsini və məsələnin hüquqi aspektini yaxşı bilən kadrlar lazımdır".

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources