EN

PFL-də 2-ci Liqanın oyunları təxirə salınıb

Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.

Bu barədə Day.Az PFL-ə istinadən xəbər verir.

 

Bildirilib ki, oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

"Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək", - deyə PFL-dən bildirilib.

Chosen
15
14
day.az

10Sources