Fevralın 20-sində ölkəmizin bir sıra nüfuzlu onlayn media resurslarına qarşı kütləvi haker hücumu yaşanıb. Konkret olaraq, “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslar hədəfə alınıb. “Global Media Group”un məsələ ilə bağlı yaydığı açıqlamada deyilib ki, bu kiberhücumlarla əlaqədar “Report.Az”, “Oxu.Az”, “Media.Az”, “Baku.ws”, ”Caliber.Az” saytlarında və “Baku TV”nin fəaliyyətində problemlər yaranıb. Bildirilib ki, serverlərə və saytların panelinə sızmalara cəhd edilib və saytların giriş səhifələrinə dini məzmunlu şəkillər yerləşdirilib. “Xüsusi qeyd etmək istərdik ki, bu, adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur”, – açıqlamada qeyd olunub.
Yeri gəlmişkən, kütləvi hücumla bağlı Medianın İnkişafı Agentliyi də (MEDİA) açıqlama yaydı və bildirdi ki, bu hadisə Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. “Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır”, – qeyd edilib.

Baş verən bu hadisə ölkə mediası və ictimaiyyət arasında rezonansa səbəb oldu. Çünki, “Global Media Group”un açıqlamasında da qeyd olunduğu kimi, bu, mütəşəkkil dəstə tərəfindən ciddi hazırlanmış, adi DDos hücumu deyildi. Kiber hücumu təşkil edənlər saytların giriş hissəsinə “hüseynçilər” loqosu yerləşdirməklə, əməllərinin arxasında dini motivlərin olduğu görüntüsü yaratmağa çalışdılar. Bununla da, kiber hücumun İranla bağlanılmasına cəhd edildi. Bu isə kiber hücumu təşkil edənlərin sadəcə iz itirməsindən başqa bir şey deyil.
Kiber hücumla bağlı ən müxtəlif ehtimallar var və bunlardan daha çox iki əsas ehtimal üzərində dayanmaq istərdik. Birinci ehtimal Rusiyada AZAL-a məxsus təyyarənin vurulması və ardınca “Rus evi” ilə bağlı “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslarda dərc olunan materiallardır. Məhz bu araşdırmalar Rusiya mediası və ictimai dairələrində ciddi rezonans doğurdu və Azərbaycanın media resursları hətta məhkəmə ilə də hədələndi. Nəticə isə ortadadır. Azərbaycan tərəfi həmin “Rus evi”nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Yəni kiber hücumun səbəblərindən biri də bu ehtimal ola bilər.

O cümlədən tədbirlərdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Yeni Kaledoniya və Mayotta adasından olan nümayəndələr iştirak edib. Həmin tədbirlərin məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək olub. Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.

Bu səbəbdən də sonuncu ehtimalın üzərində bir qədər geniş dayanmaq da olar. Məsələ ondadır ki, məhz Fransa Azərbaycanın neokolonializmə qarşı mübarizəsinin ardınca ölkəmizə casus göndərmək kimi rəzil bir addıma da yol verdi. Hazırda da həmin şəxsin Bakıda məhkəmə prosesi keçirilir.
Təbii ki, sadalanan bütün məsələlərin hamısı ehtimallardır və bunların üzərində də araşdırmalar aparılmalıdır. Onlar da bəlli olduqdan sonra nəsə yekun bir fikir səsləndirmək olar.