Bu gün Gəncə şəhərində qaz balonu partlayıb.
1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə Demokrat.az-aTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, saat 17 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:
"Onlara bədənin II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicələri davam etdirilir".
5Sources
-
sfera.azGəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU AÇIQLANDI ( 15628951)
-
hakimiyyet.azGəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU açıqlandı ( 15628847)
-
yenisabah.azGəncədə qaz balonu partladı: Xəsarət alanlar var ( 15628835)
-
demokrat.azGəncədə qaz balonu partlayıb: Xəsarət alanların son durumu açıqlandı ( 15628801)
-
oxu.azGəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU açıqlandı ( 15628701)