“Los Anceles Leykers”in lider Lebron Ceyms Milli Basketbol Assosiasiyası tarixində 40 yaşını tamamladıqdan sonra bir neçə oyunda 40 xal toplayan yeganə oyunçu olub.
Bu barədə Şimali Amerika liqasının mətbuat xidməti məlumat yayıb.
Lebron bu yaxınlarda NBA-nın müntəzəm mövsümündə “Portland Trail Blazers”ə qarşı oyunda 40 xal toplamışdı (110:102). Fevralın 6-da “Qolden Steyt Uorriors” üzərində 120-112 hesablı qələbədə də Ceyms 42 xal toplayıb. Lebronun 30 dekabr 2024-cü ildə 40 yaşı tamam olub.
Lebron bu NBA mövsümündə indiyədək 50 oyunda iştirak edib, orta hesabla 24,7 xal, 7,7 ribaund və 8,9 asistlə yadda qalıb./publika.az