EN

Bu ərazilərə hələ də qar yağır - Faktiki hava

Faktiki hava açıqlanıb.

Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir.

Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.

Chosen
10
49
publika.az

10Sources