EN

Ali təhsil müəssisələrinə sənəd qəbulunun qiyməti dəyişib? – İddialara CAVAB VİDEO

Bakalavr pilləsinə sənəd qəbulunun qiymətinin dəyişdiyi bildirilir.

Xezerxeber.az-ın xəbərinə görə, əvvəlki ilin məzunları buraxılış imtahanı üçün qeydiyyatdan keçərkən sistem onlardan 45 manat pul istəyir, indiyə qədər  isə bu məbləğ 20 manat idi. Eyni zamanda  bu qiymət kolleclərə qəbul olmaq istəyənlər üçün də keçərlidir. Bununla yanaşı qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili üzrə test imthanının qiyməti 30 manat olub. Ötən il isə bu qiymət 10 manat təşkil edirdi.

Təhsil ekspertləri bildirirlər ki, sənəd qəbulu üçün qiymətlərin dəyişdirilməsi düzgün deyil.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki,  qiymətlərin artırılması məsələsi həqiqətə uyğun deyil. Məbləğ sadəcə əvvəlki qiymətə uyğunlaşdırılıb.

Xanlar Xanlarzadə həmçinin onu da əlavə edib ki, qiymət dəyişikliyi builki məzunlara və xüsusi güzəşt kateqoriyasında olanlara aid deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
7
19
xezerxeber.az

10Sources