EN

SON DƏQİQƏ: Xocalıda bu gün baş vermiş faciəvi hadisə ilə bağlı XİN-dən AÇIQLAMA

SON DƏQİQƏ: Xocalıda bu gün baş vermiş faciəvi hadisə ilə bağlı XİN-dən AÇIQLAMA

“Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.

Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.

Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur:

“Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir”.

***

Xocalı rayonunda mina partlayıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

 

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb. 

***

“Report”un məlumatına görə, Xocalıda piyada əleyhinə minaya düşərək xəsarət alan Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub. 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

 
 
Chosen
928
33
qafqazinfo.az

10Sources