EN

Xocalıda minaya düşən müharibə iştirakçısının sağ ayağı topuqdan amputasiya olundu

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində fevralın 21-də mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Yenisabah.az-a bildirilib ki, Ağdam rayon sakini 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Nağı İmanov ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - deyə bildirilib.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

Onun həyatı üçün təhlükə yoxdur.


Telegram kanalımız
Chosen
8
26
yenisabah.az

10Sources