Çin avtomobil istehsalçısı BYD "FangChengBao Leopard 5" yolsuzluq avtomobilinin yenilənmiş versiyasını təqdim edib.
Redaktor.az bu barədə "Autohome" nəşrinə istinadla xəbər verir.
Yenilənmiş avtomobilin əsas xarici fərqi damda "Huawei Qiankun Intelligent Driving" sistemi tərəfindən istifadə edilən lazer radarının olmasıdır.
“Bundan əlavə, əvvəllər yayımlanan təsvirdə dronla təchiz edilmiş, damda pilotsuz təyyarə üçün yer və kiçik lyuk olan versiya göstərilib”, - nəşr qeyd edir.
Bundan əlavə, avtomobildəki qoruyucu plastik bəzək elementləri kuzovun rənginə boyanıb. Tam ötürücülü yolsuzluq avtomobili elektrik ötürücü ilə təchiz edilib, lakin onun konstruksiyasında akkumulyatorun doldurulmasına xidmət edən 1,5 benzin mühərriki də var.
Turan İSMAYIL