EN

Özlərini polis kimi tanıtdılar, ehtiyatlı olun...

Qaziantepdə yaşayan qoca bir adam saxta polislər tərəfindən aldadılıb.

News24.az bildirir ki, 75 yaşlı Mövlud Dağlı tanımadığı nömrədən gələn zəngi qəbul edərkən həyatının şokunu yaşayıb. O, telefonla ona zəng vuran və özünü prokuror və polis kimi təqdim edən, şəxsiyyətləri düzgün olan şəxslərin sözlərinə inanıb. 

Onlarla əməkdaşlıq təklifini qəbul edən Dağlı, telefonda şəxslərin ona “torpaq müfəttişliyinə get, təşkilat üzvlərinə evini sata bilərik” deməsinin ardından 4 milyon lirəlik evini həmin şəxslərlə iş birliyi edən daşınmaz əmlak agenti vasitəsilə tapdığı müştəriyə satıb. 

Satışdan sonra Mövlud Dağlı pulun bir hissəsini qabaqcadan alıb, qalanını nəğd olaraq götürüb və 100 min lirə komisyon haqqını daşınmaz əmlak agentinə verib. Dağlı satdığı evdən pulun bir hissəsini dələduzların hesabına köçürüb, qalan məbləği də çamadana qoyub və Şanlıurfanın Akçakale rayonunda ona zəng edən şəxslərin söylədiyi yerə qoyub.

Hadisədən sonra satılan evlə bağlı həbs-qətimkan tədbiri və şəxslər barəsində cinayət işi açılıb.

Zəhraxanım Şeydayeva

Chosen
9
news24.az

1Sources