EN

Çin Ukrayna ilə bağlı danışıqların tərəfdarıdır - KİV

Bakı. Trend:

Çin Ukrayna böhranı ilə bağlı sülh danışıqlarının tərəfdarıdır,lakin məsləhətləşmələr uzun çəkə bilər.

Trend-in məlumatına görə, bu barədə "Global Times" qəzeti Çinekpertlərinə istinadən bildirib.

"Çin sülh danışıqları və atəşkəsdən razı qalacaq, o, bundansonra hər iki [Rusiya və Ukrayna] tərəfində itki görmək istəmir", -deyə nəşr Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa vəMərkəzi Asiya Araşdırmaları İnstitutunun analitiki Çjan Hununsözlərini sitat gətirib.

Onun sözlərinə görə, Pekin Ukrayna münaqişəsinin bütüniştirakçılarının mövqelərini nəzərə alır. O qeyd edib ki, ABŞprezidenti Donald Tramp Vaşinqtonun Ukrayna böhranı ilə bağlısiyasətində əhəmiyyətli düzəlişlər edib.

Çjan Hun hesab edir ki, ABŞ administrasiyası “görünür, [Ukrayna]münaqişəsinin nizamlanmasına çalışır”. O, bu prosesin “bəzi mənfitəsirlərlə” müşayiət olunacağını istisna etməyib.

Chosen
26
1
az.trend.az

2Sources