EN

Xarici investisiyalı qurumların sayı çoxalır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu ilin yanvar ayında 90,1 faizi (1178 qurum) yerli investisiyalı, 9,9 faizi (129 qurum) xarici investisiyalı olmaqla 1307 kommersiya qurumu dövlət qeydiyyatından keçib.

Qeyd edilib ki, kommersiya qurumlarının 87,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,5 faiz olub.

Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 604 min 938 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz çoxalıb. Fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 191 min 643 vahidə yüksəlib.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində fəal ƏDV ödəyicilərinin sayı 40 min 901 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi isə kooperativ və s. formalarda yaradılıb.

 

Chosen
11
25
xalqqazeti.az

10Sources