EN

Bakıda dəhşət — Kişi arvadını və 5 yaşlı oğlunu bıçaqladı (YENİLƏNİB)

Fevralın 21-də saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 38 yaşlı qadına və azyaşlı oğluna kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü R.Əfəndiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***10:01

Bakıda dəhşətli hadisə baş verib.


Demokrat.az xəbər verir ki, bu gecə Xətai rayon ərazisində 1987-ci il təvəllüdlü Aysel Əfəndiyeva adlı şəxs və onun 5 yaşlı oğlu bıçaqlanıb.

Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Məlum olub ki, hadisəni A.Əfəndiyevanın həyat yoldaşı törədib.

Chosen
17
1
demokrat.az

2Sources