Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar.
Son Yazılar:
- Qaxda bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ
- Azərbaycan nefti UCUZLAŞIB
- Metamfetamin satan şəxs HƏBS EDİLDİ
Faktla bağlı araşdırma aparılır.