EN

16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb. 

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
 
 

Chosen
18
6
7news.az

10Sources