Bu gün Azərbaycanda saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb. Yağan qarın hündürlüyü Bakıda və Abşeron yarımadasında 7 sm-dir. Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə şaxtadır.
Rayonlarda hava necədir?
Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada qar davam edir.