EN

Bakı limanında konteyner daşımalarında kəskin artım müşahidə olunub (FOTO)

Bakı. Trend:

Bakı Limanının inkişaf və dayanıqlılıq təşəbbüsləri Hamburqkonfransında təqdim edilib.

Bu barədə Trend Bakı Limanına istinadən xəbər verir.

Belə ki, Hamburq Ticarət Palatasında keçirilən “Yeni marşrutlar,yeni bazarlar: Qlobal qapı və "Orta Dəhliz" boyunca potensialbazarlar” konfransında Bakı Limanının Baş Direktoru Taleh Ziyadovçıxış edərək limanın yük daşımaları, infrastrukturungenişləndirilməsi və dayanıqlılıq təşəbbüsləri sahəsində sonnailiyyətlərini təqdim edib.

Məlumata görə, Taleh Ziyadov çıxışında bildirib ki, 2024-cü ilinyekunlarına əsasən Bakı Limanının ümumi yük dövriyyəsi 7,6 milyonton təşkil edib və konteyner daşımalarında 73%-lik kəskin artımmüşahidə olunub. Ötən il “Orta Dəhliz” çərçivəsində limandan 310blok qatar keçib. 2025-ci ilin yanvar ayında isə artıq 40 blokqatar qəbul edilib. Bu göstəricilər Bakı Limanının intermodaldaşımalardakı əsas mərkəz rolunu daha da gücləndirir.

Yük həcmlərinin davamlı artımı nəzərə alınaraq, Azərbaycanhökuməti tərəfindən Bakı Limanının illik yük dövriyyəsi gücünüyaxın illərdə 15 milyon tondan, 25 milyon tona, o cümlədən 500,000TEU konteyner tutumuna qədər artırmağı nəzərdə tutan genişləndirməplanını açıqlayıb.

“Orta Dəhliz”də artan yük axınını qarşılamaq məqsədiləAzərbaycan, Qazaxıstan və Çin Bakı Limanının Ələt terminalında yeniİntermodal yük terminalının inşası üçün birgə müəssisə yaradıb. Buterminal yük emalının səmərəliliyini artıracaq və “Orta Dəhliz”inqlobal ticarətdəki rolunu daha da möhkəmləndirəcək.

Dayanıqlılıq sahəsində Bakı Limanı COP29 çərçivəsində beynəlxalqyaşıl enerji şirkəti ilə birgə unikal bir bərpa olunan enerjilayihəsinə start verib. Bu təşəbbüs çərçivəsində 5,4 MVt gücündəgünəş fotoelektrik sistemi və ona inteqrasiya olunmuş AkkumulyatorEnerji Saxlama Sistemi (BESS) qurulacaq. Bu sistem Azərbaycanda ilkdəfə tətbiq ediləcək və günəş enerjisinin səmərəli istifadəsinitəmin edərək, Bakı Limanının 2035-ci ilə qədər sıfır emissiyahədəfinə çatmasına töhfə verəcək.

Konfransda “Orta Dəhliz”in Avropa-Asiya ticarətindəki stratejirolu və onun gələcək inkişaf potensialı göstərilməklə yanaşı, BakıLimanının intermodal daşımaların mərkəzi və müasir infrastrukturimkanlarına malik vacib nəqliyyat qovşağı kimi əhəmiyyəti, bir dahaön plana çıxarılıb.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Chosen
27
4
az.trend.az

5Sources