EN

İlon Mask məhkəməyə verildi

Amerikalı yazıçı Eşli Sent-Kler iş adamı İlon Maskı uşağının atası olaraq tanıması üçün məhkəməyə müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "New York Post" qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Amerikalı yazıçı Eşli Sent-Kler məhkəməyə müraciət edərək, İlon Maskı uşağın atası olaraq tanınmasını və himayəsinə almağı tələb edir.

Yazıçı müraciətində bildirir ki, uşaq 2024-cü ilin yanvar ayında Mask və Sent-Klerin Sen-Bart adasında keçirdikləri səfər zamanı dünyaya gəlib.

Eşli Sent-Kler Maskın uşağını qucağında tutarkən çəkilən bir fotosunu da təqdim edib.

Eşli Sent-Kler jurnalistlərdən şəxsi həyatına hörmət edilməsini xahiş edib.

O, uşağının artıq 5 aylıq olduğunu və bunu əvvəllər açıqlamamasının səbəbini isə uşağı əlavə diqqətdən qorumaq istəyi ilə izah edib.

Eşli uşağının təhlükəsiz böyüməsi üçün əlindən gələni edəcəyinə söz verib.

İlon Mask isə bu xəbərlərə sosial mediada sadəcə "Vay!" şəklində reaksiya verib.

Chosen
25
cebheinfo.az

1Sources