EN

Dünyanı idarə edəcək 4 lider

Fransanın “Le Point” jurnalı “Yeni Dünya Nizamı” başlığı ilə xüsusi buraxılış dərc edib və bu xüsusi buraxılışında dörd liderdən bəhs edib. Dərginin üz qabığında prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin yer alıb.

“Le Point” yeni dünya nizamının əsas aktorlarının sözügedən dörd lider olduğuna diqqət çəkib.

Beynəlxalq qüvvələr balansının 2025-ci ildə dəyişəcəyini vurğulayan jurnalın üz qabığında döyüş təyyarələri, peyklər və tanklara da yer verilməsi, müdafiə sənayesinin əhəmiyyətinin vurğulandığı kimi şərh edilib.

Chosen
22
12
vaxt.az

10Sources