EN

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat - 21 nəfər tutulub

Türkiyənin Diyarbəkir vilayətində silahlı mütəşəkkil cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatın gedişində 21 şübhəlini saxlanıb, onlardan 12-si barəsində həbs qətimkan tədbiri seçilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, bu qruplaşma Diyarbəkirdə azyaşlılar da daxil olmaqla, şəxslərə narkotik satıb, qəsdən adam öldürməyə cəhd, qəsdən xəsarət yetirmə, qarət kimi cinayətlər planlaşdırıb. Cinayətkar qruplaşma bölgəyə nəzarət uğrunda dəfələrlə digər cinayətkar dəstələrlə silahlı toqquşmalara girib, həm iş yerlərinə, həm də evlərə silahlı basqınlar təşkil edib.

 

Toplanmış dəlillərdən sonra Qaçaqmalçılıq və Təşkilatlanmış Cinayətlərə Qarşı Mübarizə Şöbəsi hərəkətə keçərək, eyni vaxtda Diyarbəkirdə, Mersin və Aydın şəhərlərində keçirilən əməliyyatlarda 21 şübhəlini saxlayıb.

Əməliyyatlar çərçivəsində dəstə üzvlərinə aid narkotik maddələr və qanunsuz odlu silahlar, o cümlədən, zərərçəkənlərə qarşı istifadə olunduğu güman edilən 8 tapança və çox sayda güllə tapılıb.

Chosen
16
1
day.az

2Sources