Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, 74-BB-671 dövlət nömrəli nişanlı, "BMW" markalı avtomobil qarlı havada yük maşını ilə toqquşub. Qəzada bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. (APA)