EN

Batut gimnastikası üzrə kişilər arasında yarımfinalçılar bəlli oldu - Dünya Kuboku

Bakı. Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə DünyaKubokunda ilk yarımfinalçılar bəlli olub.

Trend xəbərverir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdəəvvəlcə batut gimnastikası üzrə kişilər arasında fərdi təsnifatmərhələsinin yarışları keçirilib.

Bu növdə qüvvəsini sınayan 38 idmançıdan ən çox xal toplayan ilk16 gimnast yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançılarındanNicat Mirzəyev 54.670 xalla 19-cu, Əli Niftəliyev 50.160 xalla24-cü, Mehdi Əliyev isə 50.020 xalla 26-cı olub.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasındatəsnifat mərhələsinin yarışları da olacaq.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.

Chosen
21
1
az.trend.az

2Sources