EN

Medvedev Zelenskinin ünvanına ağır ifadələr işlətdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına ağır ifadələr işlədib, onu "Kiyev oğrusu", "patoloji yalançı" və "parazit" adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Strateji qeyri-müəyyənlik? Mən belə düşünmürəm. Sadəcə Kiyev oğrusu, patoloji yalançı və parazit ABŞ prezidenti Donald Trampı da öz hiylələri ilə bezdirib”, - deyə o qeyd edib.

Medvedev həmçinin Qərbdə məşhur olan strateji qeyri-müəyyənlik siyasətini və bununla bağlı Ukrayna mövzusunu müzakirə edən ingilisdilli "Telegram" kanalından sonuncu yazının skrinşotunu əlavə edib.

Chosen
24
publika.az

1Sources