EN

"Ford" 240 mindən çox avtomobilini geri çağırır

ABŞ-nin "Milli Yolların Hərəkət Təhlükəsizliyi Administrasiyası"nın ("NHTSA") dünən verdiyi məlumata görə, "Ford Motor" şirkəti mümkün təhlükəsizlik kəməri problemləri səbəbindən ABŞ-da 240 510 avtomobili geri çağırır.  

Valyuta.Az xəbər verir ki, geri çağırma 2020-2021-ci il istehsalı olan bəzi "Ford Explorer" və "Lincoln Aviator" modellərinə aiddir. Bildirilib ki, bu nəqliyyat vasitələrində təhlükəsizlik kəməri bağının anker boltları düzgün bərkidilməyə bilər.  

Problemin həlli üçün dilerlər boltları yoxlayacaq və lazım olduğu halda komponentləri əvəz edəcəklər.  

Rəhim

Chosen
17
valyuta.az

1Sources