EN

BMT-dən hesabat: Suriyaya 55 il lazımdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı Suriyaya dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı hesabat dərc edib.

Publika.az xəbər verir ki, Suriyada yaşayış və səhiyyə ocaqlarının üçdə birinə ziyan dəyib. İqtisadiyyatın həcmi 2011-ci ildən iki dəfə, ölkənin ümumi daxili məhsulu 800 milyard dollar azalıb. Suriya funtu 13 ildə dollar qarşısında dəyərini 270 dəfə itirib. İnflyasiya 141 faizə çatıb.

Suriyada vətəndaş müharibəsindən əvvəl yoxsulluq səviyyəsi 33 faiz idisə, müharibə zamanı üç dəfə artaraq 90 faizə çatıb. Hazırda hər 10 suriyalıdan 9-u yoxsulluq içində yaşayır. Hər 4 suriyalıdan 1-i işsizdir. Bu gün Suriyada 5,7 milyon insanın sığınacaq dəstəyinə ehtiyacı var. 14 milyon insan təmiz su və gigiyena çatışmazlığından əziyyət çəkir.

Ölkədə mövcud iqtisadi artım tempi illik 1,3 faiz olaraq müəyyən edilsə də, bu temp davam edərsə, müharibədən əvvəlki iqtisadi səviyyəyə çatmaq üçün 55 il lazım ola bilər.

Chosen
26
publika.az

1Sources