EN

Qarlı hava 165 nəfəri xəstəxanalıq oldu - YENİLƏNİB

Qarlı havada 165 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.

***
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 84 nəfər müraciət edib. 

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.

Chosen
18
8
avtosfer.az

10Sources