EN

Azərbaycanda general evində yıxıldı

Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.

Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Chosen
10
1
publika.az

5Sources