EN

İslam Həmrəylik Oyunlarının vaxtı açıqlandı

Altıncı İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb

"Cebheinfo.az" xəbər verir ki, bu il keçiriləcək altıncı İslam Həmrəyliyi Oyunları 7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.

Qeyd edək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ildə təşkil edilib. 2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar baş tutmayıb. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü 2017-ci ildə Bakıda, beşinci isə 2021-ci ildə Türkiyənin Konya şəhərində təşkil olunub.

"Cebheinfo.az"

Chosen
5
5
cebheinfo.az

6Sources