EN

“Mançester Yunayted” klub əməkdaşlarını təhdid etdi: “Qovacağıq!”

İngiltərə nəhəngi “Mançester Yunayted” klub əməkdaşlarını işdən azad edə biləcəyi ilə bağlı təhdidlə gündəmə gəlib.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, rəhbərlik klubun işi və onun yeni sahibləri haqda son həftələrdə ortaya çıxış bir sıra mənfi nəşrlərdən narazıdır. Bununla əlaqədar olaraq, “qırmızı şeytanları”ın baş direktoru Omar Berrada klubun fəaliyyəti haqda məlumatı ictimailəşdirən klub əməkdaşlarını işdən azad edəcəyi ilə bağlı təhdid edib.

Berrada “Mançester Yunayted”in əməkdaşlarına elektron poçt vasitəsilə 580 sözdən ibarət məktub ünvanlayıb.

Məktubun məzmunun təqdim edirik:

“Klub haqqında onun hüdudlarından kənarada məlumatı faş edən ixtiyari kimsə, məlumatı qoruyub-saxlamaq üzrə öz öhdəliyini pozmuş olur. Biz, müvafiq halın kobud pozuntu hesab ediləcəyini başa düşməyə aydınca imkan veririk. Klubun və onun əməkdaşlarının müdafiəsi üçün əlavə tədbirlər həyata keçirilir. Bunlar gələcəkdə məxfiliyin pozulmasının qarşısını almaq və həmçinin təqsirkarların müəyyən edilməsi üçün gərəklidirlər”, – Berradanın məktubunda deyilir.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 25 oyununda 29 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.

Bu mənzərədə “Mançester Yunayted”də klubdaxili ab-havanın da xoşagələn olmadığı haqda müxtəlif səpgili xəbərlər sızır.

Chosen
28
arena.az

1Sources