EN

Ermənistan və Türkiyə parlamentarilərinin görüşü keçirilib

Vyanada Ermənistan və Türkiyə parlamentarilərinin görüşü keçirilib.

Avstriyanın paytaxtı Vyanada Ermənistan və Türkiyə parlamentarilərinin görüşü keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə erməni deputat Sərkis Xandanyan məlumat yayıb.

Görüşün ATƏT-in Parlament Assambelyası çərçivəsində keçirildiyi bildirilib, lakin kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmayıb.

Məlumata görə, parlamentarilər iki ölkə arasında münasibətlərin normallaşması, yolların və regiondakı digər infrastrukturların tez bir zamanda açılmasını müzakirə ediblər.

Chosen
23
7
operativmedia.az

5Sources