EN

COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir

“Urbanizasiya proseslərinə iqlim dəyişmələrinin təsiri” mövzusunda hibrid görüş keçirilib.

Bu gün özündə 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Urbanizasiya proseslərinə iqlim dəyişmələrinin təsiri” mövzusunda hibrid görüş keçirib.

Operativ Media xəbər verir ki, Koalisiya 2024-cü ildə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.

Forumun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən görüşdə “Afrihealth Optonet Association”un (AHOA-nın) rəhbəri Dr. Uzodinma Adirieye təqdimatla çıxış edib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov COP29 mirasına toxunublar.

Chosen
16
operativmedia.az

1Sources