Bu gün özündÉ™ 100-É™ yaxın ölkÉ™dÉ™n 500-dÉ™n çox QHT-ni birləşdirÉ™n COP29 QHT Koalisiyası “Urbanizasiya proseslÉ™rinÉ™ iqlim dÉ™yiÅŸmÉ™lÉ™rinin tÉ™siri” mövzusunda hibrid görüş keçirib.
Koalisiya 2024-cü ildə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.
Forumun Ä°darÉ™ HeyÉ™tinin sÉ™dri Ramil Ä°skÉ™ndÉ™rlinin moderatorluÄŸu ilÉ™ keçirilÉ™n görüşdÉ™ “Afrihealth Optonet Association”un (AHOA-nın) rÉ™hbÉ™ri Uzodinma Adirieye tÉ™qdimatla çıxış edib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov COP29 mirasına toxunublar.
Müzakirələrdə xarici QHT-lər 2026-cı ildə Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) da uğurla evsahibliyi edəcəyinə əminlik ifadə ediblər.
Ramil İskəndərli Koalisiya üzvlərinə məlumat verib ki, COP29 zamanı irəli sürülmüş təşəbbüsə uyğun olaraq, 2025-ci ilin aprelində Azərbaycanda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. COP29 QHT Koalisiyasının üzvləri Qlobal Cənub QHT Platformasının tərkibində fəaliyyətlərini davam etdirmək, əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək arzusunda olduqlarını bildiriblər.
Müzakirələrdə bu prosesdə Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumunun səyləri və liderliyi yüksək qiymətləndirilib.