EN

Kiçik sahibkarlıq Böyük qayıdışda fəal iştirak edir

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 9 yeni iri sahibkarlıq subyekti yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 min 705 kommersiya təşkilatlarının 868-si və ya 0,4 faizi iri sahibkarlıq subyeki olub. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 89 vahid və yaxud 11,4 faiz çoxdur. Hesabat dövrünə iri sahibkarlıq subyektlərinin 76,5 faizi və yaxud 664-ü Bakıda fəaliyyət göstərib ki, bu da illik müqayisədə 7,8 faiz çoxdur. Bununla yanaşı, ötən ilin sonuna Qarabağ iqtisadi rayonunda 11, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 iri sahibkarlıq subyekti mövcud olub. 

Bütövlükdə isə, ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 23 yeni kiçik sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 35,3 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 min 705 kommersiya təşkilatlarının 12 min 26-sı və ya 5,7 faizi  kiçik sahibkarlıq subyekti olub. Bu isə əvvəlki ilin sonuna nisbətən 2 min 317 vahid və yaxud 23,9 faiz çoxdur.

Hesabat tarixinə kiçik sahibkarlıq subyektlərinin 73 faizi və yaxud 8 min 782-si Bakıda fəaliyyət göstərib. Bu da illik müqayisədə 29,4 faiz çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 197 (8,2 faiz çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 51 (15,9 faiz çox) kiçik sahibkarlıq subyekti olub. Ümumilikdə isə, ötən il işğaldan azad olunmuş  ərazilərdə yeni kiçik sahibkarlıq subyektlərinin sayı 35 faiz artıb.

Chosen
2
3
xalqqazeti.az

10Sources