EN

Qarlı bazar günü...

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcək. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Q.QASIMOV
XQ

 

Chosen
37
30
xalqqazeti.az

10Sources