Bu gün Bakı Biznes Universitetində Beynəlxalq Ana Dili Günü ilə bağlı kitab sərgisi başa çatıb.
“İki sahil” xəbər verir ki, sərginin son günündə MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlunun, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusun tələbələrlə seminarları keçirilib.
Əsəd Aslanoğlu çıxışı zamanı gənclərə kitab oxumağın faydalarından, kitab seçərkən nələrə diqqət edilməsindən, yazmağın insana nələr qazandırdığından və cəmiyyətə necə təsir etdiyindən, oxuduğu kitablardan gəldiyi nəticələrdən danışıb. O dinləyicilərə oxuması vacib olan 10 kitab tövsiyə edərək kitabların mövzusundan bəhs açıb.
Sonda Əsəd Aslanoğlu auditoriya ilə sual-cavab edərək dinləyicilərə kitab hədiyyə edib.
Növbəti seminarda Mübariz Yunus auditoriyanı salamlayaraq sözə başlayıb.
O, düşüncənin təməlindən, insani duyğuların düşüncəyə təsirindən, öyrənmək və düşünərək hərəkətə keçməkdən bəhs edib.
Sonda isə Mübariz Yunus insanın kamilliyə çatması üçün özünü inkişaf etdirməli olduğunu seminarda iştirak edən tələbələrə bildirib.