
Gənc şair Həsən Kür intihara cəhd edib.
Reyting.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb.
O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.