EN

““Bolşe” zəhrimara”

ABŞ Prezidenti Donald Tramp, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəsmisi İlon Maskın işində “daha aqressiv” olması lazım olduğunu bildirib.

Tramp “Truth Social” platformasındakı paylaşımında Amerika müxalifətinin səlahiyyətlərini aşdığı üçün tənqid etdiyi Maskı daha sərt olmağa çağırıb.

DOGE altındakı dövlət qurumlarının təftişini və qənaətini təmin etmək üçün daha çox səy tələb olunduğunu vurğulayan Tramp, “Elon əla iş görür. Amma mən onun daha aqressiv olmasını istəyirəm” – deyib.

“Unutmayın, bizim qənaətə ehtiyacı olan bir ölkəmiz var. Amma biz onu sonda həmişəkindən daha böyük etməliyik”, – Tramp deyib.

ABŞ prezidenti “Amerikanı yenidən möhtəşəm et!” (MAGA) şüarını təkrarlayıb.

Bu xəbəri yazarkən, məşhur şair və yazıçı Vaqif Səmədoğlunun əsəri əsasında, görkəmli resjissor Ramiz Əzizbəyli çəkdiyi “Bəxt üzüyü” filmindəki milis rəisi ilə (Cahangir Novruzov) milis işçisinin (Afif Quliyev) dialoqu yadıma düşdü: “Bəs üzündəki zəhrimar hanı?”


Chosen
9
vaxt.az

1Sources