EN

Oğrunun məhkəmə binasından qaçma videosu viral oldu - VİDEO

Oğurluqda təqsirləndirilən şəxs məhkəmə binasından qaçıb. Belə ki, Yohannesburq (Cənubi Afrika) sakini Onoshana Thando Sadiki oğurluq və soyğunçuluq ittihamı ilə üzləşdiyi məhkəmə binasından qaçmaq üçün həyatını təhlükəyə atıb.
 

Sfera.az bildirir ki, video viral olub, şərhçilər cəmi bir neçə saniyəyə qaçmağı bacaran oğrunu “Cənubi Afrikalı Tom Kruz” adlandırıblar.
 

Yaxınlıqdakı binalardan birinin şahidi qaçan şəxsin üçüncü mərtəbədəki dar pəncərədən dırmaşaraq məhkəmə binasının xaricində şaquli dirəklərdən yapışıb aşağı sürüşərək ikinci mərtəbədən yerə tullanmasını lentə alıb. Adama hər şeyi etmək təxminən on saniyə çəkib.


Lakin elə ertəsi gün məlum olduğu kimi o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Kişi avtomobildə əli qandallı halda qaçmağa cəhd etdiyindən danışıb.


Polis sözçüsü bildirib ki, Sadiki həbsdən qaçdığına görə əlavə ittihamla üzləşəcək.
 

Bu dramatik və eyni zamanda komik qaçış sosial media istifadəçilərini şübhəlinin "istedadları" üzərində gurultulu müzakirəsinə də səbəb olub.
 

"Onun rahat şəkildə divardan aşağı sürüşməsi Tom Kruza bənzəyir".
 

"Cinayətkardır, amma Hörümçək adam bacarıqlarına malikdir" - başqa biri qeyd edib.

 

Aysel

Chosen
7
sfera.az

1Sources