“Global Media Group”a daxil olan onlayn resurslar ikinci dəfə kiberhücuma məruz qalıb.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, şirkətin yaydığı açıqlamada “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, "Caliber.az" və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yarandığı qeyd olunub.
"Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır" deyə, açıqlamada qeyd olunur.