Ermənistanda xəstəxanada əsgər ölümü baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan məlumat yayıb.
O, erməni əsgərin xəstəliyinin tapılmadığını, buna vaxt olmadığını etiraf edib:
“İlkin tibbi qiymətləndirməyə görə, xəstəlik ildırım sürətilə inkişaf edib və həyata keçirilən təxirəsalınmaz tibbi tədbirlər və səylər nəticə verməyib”.