“Komanda olaraq daha yaxşı hazırlaşmalı və səhvlərimizi minimuma endirməliyik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat deyib.
32 yaşlı israilli legioner qarşıdakı oyunlaratoxunub.
O, xüsusilə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”la keçirəcəkləri vacib matç haqda danışıb:
“Sabah” Azərbaycanın ən güclü komandalarından biridir və bunun fərqindəyik. Onları məğlub etmək üçün əlimizdən gələni edəcəyik.
Rəqibimiz güclüdür, amma biz də qələbə qazanmaq üçün meydanda sona qədər mübarizə aparacağıq”.