EN

ABŞ-dakı avibazada atışma: 1 pilot öldü, digəri yaralandı

ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Kirtland Hərbi Hava Qüvvələri bazasında atışma baş verib.

Publika.az xəbər verir, bu barədə bazanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, insident nəticəsində bir pilot həlak olub.

Qeyd edilib ki, hadisə fevralın 22-nə keçən gecə baş verib. Məlumatda bir pilotun qolundan yaralanaraq xəstəxanaya yerləşdirilməsinə səbəb olan “təqib”dən bəhs edilir.

Daha sonra hadisə yerində daha bir pilotun meyiti tapılıb.

Chosen
53
publika.az

1Sources